44 günlük Vətən müharibəsində tarixi zəfərimizi təsdiqləyən və müharibənin başa çatmasını özündə ehtiva edən üçtərəfli bəyanatın imzalanmasından 3 il keçir. Düzdür, ötən 3 ildə Ermənistan tərəfi ciddi cəhdlə üçtərəfli bəyanatın bəndlərinə əməl etməmək müxtəlif bəhanələr gətirsə də, Azərbaycan tərəfi İrəvanı hərbi gücü, qüdrəti ilə nisbətən buna məcbur edib.
Newscenter.az-ın xəbərinə görə, ötən 3 ildə cərəyan edən proseslərə diqqət çəkən YAP üzvü Mətanət Həsənova deyib ki, 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Onun sözlərinə görə, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub:
"Üçtərəfli Bəyanatın imzalanması ölkəmizin təkcə hərbi sahədə qələbəsi ilə yanaşı, həm də siyasi, diplomatik və iqtisadi arenalarda böyük uğurlarına təkan verdi".
Mətanət Həsənovanən sözlərinə görə, dünyanın bir çox böyük dövlətləri gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır:
"İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti və Rəşadətli Ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır".
Mehman Mehdiyev