Sudanda bu ilin aprel ayının ortalarından baş verən Çevik Dəstək Qüvvələri (HDK) ilə ordu arasındakı vətəndaş müharibəsinin dinc insanlara fəsadları hər ötən gün daha da artır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, qarşıdurma fonunda bu gün Sudanın paytaxtı Xartumdakı bazar yerinə top mərmisi düşüb. Nəticəsdə 34 nəfər həyatını itirib. Həmçinin, hadisə zamanı çoxlu sayda insan yaralanıb. Dünən isə paytaxt Xartumda evlərə artilleriya mərmilərinin düşməsi nəticəsində 15 nəfər həlak olub.
Qeyd edək ki, bölgədəki münaqişələr səbəbindən ötən müddət ərzində 6 milyona yaxın insan öz evlərini tərk edib, 10 mindən çox dinc sakin həyatını itirib,
Anar TAGİYEV