Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Blinken və onu müşayiət edən heyət Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək.
Bu gün Blinken və Fidan arasında baş tutacaq görüşdə Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.
Anar TAGİYEV