"Cümhuriyyət Xalq Partiyasının sayca 38-ci qurultayı baş tutdu və 13 ildən sonra qurultay partiyanın sədrini dəyişdi. Biz bilirik ki, qardaş ölkə Türkiyədə CHP ən böyük partiyalardan biridir. Dəfələrlə xalqın etimadını qazanaraq seçkilərdə qalib gəlmiş və dəfələrlə təkbaşına və koalisyon formada hakimiyyətə gəlmiş ən çox elektorata sahib partiyadır. Son 20 ildə bu partiyanın daxilində və xaricində problemlər səngimir və partiya bu səbəbdən Türkiyə siyasətində tanınmış bir çox siyasətçisini itirdi və məhz bu səbəbdən partiya ölkədə keçirilən bütün seçkilərdə demək olar ki məğlub oldu. Hətta CHP -nin bütün dönəmlərdə dəyişməyən elektoratı, seçiciləri, hansı ki, hər zaman CHP -yə səs verirdilər, onların da bir qismi CHP -yə olan təəssübkeşliyə son verməyə məcbur qaldılar və CHP tarixinin ən ağır donəmini yaşadı. Nəhayət partiya sədr dəyişiklikliyinə qərar verdi və yeni sədr seçildi".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi CHP-nin sonuncu qurultayını şərh edərkən səsləndirib. O bildirb ki, partiyada baş verən sədr dəyişiklikliyi sözsüz ki, özü ilə həmçinin struktur və kadr dəyişikliyinə də yol açacaq:
"Partiyada tanınmış siyasətçilər var və kifayət qədər təcrübəli insanlar mövcuddur. Böyük ehtimal ki, partiya məramında dəyişiklik etmək zorundadir. Çünki, Türkiyə dəyişib və paralel olaraq dünyada böyük dəyişikliklər, gedir. Bu səbəbdən yenidən xalqın etimadını qazanmaq baxımından yeni rəhbərlik çox iş aparmalıdır və partiya daxilə hesablanmış siyasətinə yenidən baxılması lazımdır. Bütün bu addımlar atıldığı təqdirdə CHP yenidən öz nüfuzunu bərpa edə bilər və bundan da yalnız Türkiyə qazanmalıdır, düşüncəsindəyəm".
Anar Əliyev