Daha bir ölkə İsraildəki diplomatlarını geri çağırır
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Cənubi Afrika Respublikası Təl-Əvivdəki bütün diplomatlarını geri çağırmaq qərarını verib. Bu barədə açıqlamanı Cənubi Afrika Respublikasının Prezidentin rabitə və texnologiya naziri Khumbudzo Ntshavheni verib.
Nazir "Cənubi Afrika hökuməti məsləhətləşmələr üçün Tel-Əvivdən bütün diplomatlarını geri çəkməyə qərar verib",-deyə bildirib.
Qeyd edək ki, Cənubi Afrika Respublikası İsrailin Fələstinə hücumlarına etiraz əlaməti olaraq 2018-ci ildə Tel-Əvivdəki səfirini qeyri-müəyyən müddətə geri çağırıb. O vaxtdan bəri Cənubi Afrikanın İsraildə yalnız bir əlaqə ofisi var.
Anar TAGİYEV