Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələcək hədəflərə doğru atılacaq addımların yol xəritəsi

Gələcək hədəflərə doğru atılacaq addımların yol xəritəsi


Son illərdə Azərbaycanın da üzv olduğu Türk Dövlətləri Təşkilatı inkişaf edir, özü üşün yeni-yeni hədəflər, prioritetlər müəyyənlışdirir. Bu günlərdə Qazaxıstanın Astana şəhərində baş tutan növbəti zirvə görüşü də qarşıdakı hədəflərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli oldu. Elə Yeni Azərbaycan Partiyasının üzvü Gündüz Atakişiyev də belə düşünür.

Newscenter.az-ın xəbərinə görə, hakim partiya üzvü deyib ki, noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının X yubiley Zirvə görüşünün sonunda imzalanan Astana Aktı və Bəyannaməsi xüsusi əhəmiyyət kəsb edir və bu sənəd gələcək hədəflərə doğru atılacaq addımların yol xəritəsidir:

"Yubiley Zirvə görüşü Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyətinin növbəti nümunəsi oldu. Ümumiyyətlə, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir".

Gündüz Atakişiyev deyib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Nərgiz Əzizova
Xəbəri paylaş