Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn il ölkədə prezident və parlament seçkiləri keçirilə bilər

Gələn il ölkədə prezident və parlament seçkiləri keçirilə bilər


Altıncı çağırış Milli Məclis öz fəaliyyətinin yarıdan çoxunu başa vurub. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, altıncı çağırış qanunverici orqanın səlahiyyət müddəti 2025-ci ilin fevral ayında bitir. Ancaq 2025-ci il həm də prezident seçkiləri ili olduğu üçün parlament seçkilərinin 2024-cü ildə keçirilməsi mümkünlüyü qeyd edilir. Çünki ölkə konstitusiyasına əsasən, Azərbaycanda seçkilər noyabr ayının ilk bazar günü keçirilir.

Newscenter.az xəbər verir ki, 2025-ci ilin həm də prezident seçkiləri ili olduğunu və sonuncu prezident seçkilərinin 2018-ci ilin aprel ayında baş tutduğunu, həmçinin, konstitusiyadakı həmin bəndin prezident seçkilərinə də aid olduğunu nəzərə alsaq, o zaman Azərbaycanda həm prezident, həm də parlament seçkilərinin 2024-cü ilin noyabr ayında baş tutacağını deyə bilərik. Çünki 2025-ci ilin fevralında səlahiyyət müddəti başa çatan parlamentin həmin ilin noyabr ayına qədər fəaliyyətini davam etdirməsi üçün heç bir hüquqi baza yoxdur. Eləcə də eyni məsələ dövlət başçısı üçün də keçərlidir. Deməli burada ən optimal variant 2024-cü ilin noyabr ayında hər iki seçkinin, prezident və parlament seçkilərinin eyni gündə keçirilməsidir.

Etibarlı mənbələrdən daxil olan məlumata görə, artıq yerlərdə seçki siyahılarının yenidən dəqiqləşdirilməsi prosesi həyata keçirilir. Həmçinin, qeyri-rəsmi olaraq seçki hazırlıqlarına da başlanılıb.

Anar Əliyev
Xəbəri paylaş