Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin ardınca Niderlandın xarici işlər naziri Hanke Bruins Slot ilə Yaxın Şərq məsıləsini müzakirə edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Qəzzada baş verən hadisələrin müzakirə edildiyi telefon danışığında xarici işlər naziri Fidan ən qısa zamanda bölgədə atəşkəsin elan edilməsi və Qəzzaya humanitar yardımların təcili çatdırılması lazım olduğunu vurğulayıb. Xarici işlər naziri Fidan niderlandlı həmkarına bildirib ki, Qəzzada artan gərginliyin regional böhrana çevrilməsinin qarşısını almaq üçün birgə səy göstərilməlidir.
Görüşdə Ukraynadakı son vəziyyət də müzakirə edilib.
Anar TAGİYEV