Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırda biz “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq

Hazırda biz “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq


Azərbaycan əraziləri 44 günlük Vətən müharibəsində düşmən işğalından azad edildikdən sorna bölgədə yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yarandı. Belə imkanlardan biri də nəqliyyat, logistika əlaqələrinin inkişaf etdirilməsi idi. Bu baxımdan həm region, həm də kənar dövlətlər üçün səmərəli nəqliyyat-tranzit layihəsi Zəngəzur dəhlizi hesab olunurdu. Düzdür, zaman-zaman bu layihənin gerçəkləşməsinə mane olmağa çalışsalar da, lakin bu maneələrin heç bir nəticə olmadı və hazırda rəsmi Bakı bu istiqamətdə güclü çalışır. Elə Yeni Azərbaycan Partiyasının üzvü Ələddin Məmmədov da bu qınaətdədir.

Newscenter.az-in xəbərinə görə, o bildirib ki, hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq:

"Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.- Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq.- İşğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə müasir layihələr icra olunacaq və irimiqyaslı yenidənqurma işləri aparılacaqdır".

Anar Əliyev
Xəbəri paylaş