"Hər bir Zirvə görüşü dünənə baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rolu ilə tarixə yazılır".
Newscenter-az xəbər verir ki, bu fikirləri YAP üzvü Məhəmməd Hüydərli səsləndirib. O deyib ki, keçilən yol Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı böyük əminliyin ifadə edilməsinə əsas verir.Qurum təkcə üzv dövlətlərdə deyil, dünyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə yönələn siyasət həyata keçirir:
"Cənab İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə belə bir çağırışı səsləndirmişdir ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır".
Anar Əliyev