Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mina qurbanlarının sayı 337-yə yüksəlib

Mina qurbanlarının sayı 337-yə yüksəlib


Azərbaycanın Xarici İşlər Nazirliyi mina qurbanlarının sayının 337-yə çatdığını bildirib.

Newscenter.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsi sosial şəbəkədə paylaşım edib.

“Bu gün minanın partlaması nəticəsində 1960-cı il təvəllüdlü azərbaycanlı mülki şəxs yaralanıb. Qurbanların sayı artıq 337-dir. Bu faciə Ermənistanın mina təhlükəsinin Azərbaycana qarşı dəhşətli təsirinə diqqətsizliyin davam etdiyinin xatırlatmasıdır”, – qeyd olunub.

Mehman Mehdiyev
Xəbəri paylaş