Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsmi Afina: "Türkiyə ilə məhsuldar bir dialoq qurmaq istəyirik"

Rəsmi Afina: "Türkiyə ilə məhsuldar bir dialoq qurmaq istəyirik"


"Türkiyə ilə məhsuldar dialoq qurmaq istəyirik. Ətalətin mübahisələri həll etmək yolu olmadığına inanırıq. Qarşılıqlı faydalı razılaşmalara səbəb olacaq dialoqun əsası var. Mülki müdafiə, miqrasiya siyasəti, turizm kimi məsələlər iki ölkə arasında müsbət razılaşmaların əldə oluna biləcəyi sahələrdir”.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə açıqlamanı Yunanıstanın xarici işlər naziri Giorgos Yerapetritis verib.

Nazir bildirib ki, ölkəsi Türkiyə ilə mövcud olan problemləri məhsuldar dialoqla yoluna qoymağı istəyir.

Giorgos Yerapetritis Afinanın Türkiyə də daxil olmaqla bütün qonşu ölkələrlə yaxşı münasibətlər saxlamaq istədiyini bildirib.

Anar TAGİYEV
Xəbəri paylaş