İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şabran rayonunda ağacəkmə aksiyası keçirilib. Newscenter.az-a Foinddan bildirilib ki, aksiya çərçivəsində Fondun əməkdaşları tərəfindən 1 hektar ərazidə 500-dən çox Eldar şamı əkilib.
“Ətraf mühitə qarşı məsuliyyətimiz var!” şüarı ilə keçirilən aksiyanın məqsədi ölkədə yaşıllıq sahələrinin artımına töhfə vermək və sahibkarlıq subyektlərinin ətraf mühitlə bağlı məsuliyyətlərinə diqqət çəkməkdir.
Nərgiz Əzizova