Türkiyədə növbəti dəfə kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Kastamonun İnebolu rayonunda baş verib. Belə ki, rayondakı mərasim evlərindən birində baş tutan toy mərasimində 7 nəfər qidadan zəhərlənib.
Məlumata görə, mərasimdən sonra 7 nəfər səhhətində müəyyən problemlərin meydana gəlməsindən şikayətlənərək xəstəxanaya müraciət edib. Onların mərasimdə toyuq və düyü yediyi öyrənilib.
Polis hadisəylə əlaqədar araşdırmaya başlayıb.
Anar TAGİYEV