Türkiyədə növbəti dəfə avtobus qəzası baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Konyada qeydə alınıb. Belə ki, Konya-Afyonkarahisar avtomobil yolunun Kadinhanı rayonu yaxınlığında Zeynettin Karakoyun idarə etdiyi sərnişin avtobusu qarşısında hərəkətdə olan Lütfü Sarının idarə etdiyi traktora çırpılıb. Zərbədən traktor yolun kənarına aşıb, avtobus isə idarəetməni itirərək yoldan çıxıb.
Qəza yerinə tibb briqadası, xilasetmə və polis qrupları sövq edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Anar TAGİYEV