Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin cənub-şərqindən 1,15 milyard dollarlıq ixracat

Türkiyənin cənub-şərqindən 1,15 milyard dollarlıq ixracat


Keçən ay Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 1 milyard 149 milyon 575 min dollarlıq ixracat həyata keçirilib.

Newscenter.az Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin koordinatoru Əhməd Fikrət Kileciyə istinadən bildirir ki, bu göstərici 6 fevral dağıdıcı zəlzələsindən sonra qeydə alınan ən yüksək göstəricidir:

"Zəlzələdən sonra ixracatımız sarsıldı və aylıq 600 milyon dollara düşdü. Dövlətimizin və millətimizin dəstəyi ilə son vaxtlar sürətli bir bərpa prosesinə girdik və aylıq göstərici yenidən 1 milyard dollar səviyyəsini keçdi".

Kileci qeyd edib ki, onlar bölgənin ixrac potensialını artırmaq üçün işlərini davam etdirir və hasilatın davam etdirilməsi üçün çalışırlar.

Anar TAGİYEV
Xəbəri paylaş