Ukraynada gələn il prezident seçkiləri keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin (Rada) üzvü Aleksey Qonçarenko yerli mətbuata verdiyi açıqlamada məlumat verib. O bildirib ki, seçkilərin martın 31-də keçirilməsi nəzərdə tutulur.
"Prezident Vladimir Zelenski 2024-cü il martın 31-də keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı göstəriş verib", -deyə Qonçarenko bildirib.
Qeyd edək ki, Volodimir Zelenskinin gələn il keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyi bildirilir.
Anar TAGİYEV