Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1,5 milyondan çox uşaq qida çatışmazlığı ilə üzləşir

1,5 milyondan çox uşaq qida çatışmazlığı ilə üzləşir


Sudanda 1 milyon 650 min uşaq qida çatışmazlığından əziyyət çəkir.

Newscenter.az [/b]trthaber-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida Təhlükəsizliyi Faza Təsnifatında (IPC) qeyd edilir.

Təhlillərə görə, oktyabr-noyabr aylarında Sudanda əhalinin demək olar ki, yarısı, 5 milyon 830 min insan kəskin qida çatışmazlığı yaşayıb ki, bu da yüksək səviyyə kimi təsnif edilir.

Aclıqdan və kəskin qida çatışmazlığından əziyyət çəkən insanların sayının 2024-cü ilin aprel-iyul aylarında 7 milyon 100 min nəfərə yüksələcəyi gözlənilir. Eyni dövrdə 870 min hamilə və ya süd verən qadının kəskin qida çatışmazlığı yaşayacağı təxmin edilir.

[b]Anar TAGİYEV
Xəbəri paylaş