Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır

Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır


Azərbaycan iki əlamətdar günü ard-arda qeyd edir. Biri Zəfər bayramı, digər Bayraq Günü. Bayraq dövlət atributu kimi hər zman Azərbaycanda müqəddəs hesab edilib, hər bir vətəndaş ona sayğı ilə, hörmətlə yanaşıb. Bu gün də eyni münasibət qalmaqdadır.

Newscenter.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının üzvü Yusif Hacıyev bunu Ulu Öndərdən gələn ənənə, sadiqlik olduğunu deyib. O bildirib ki, Ulu Öndər dövlət rəmzlərinə böyük dəyər verir və milli atributlara hörmət hissini azərbaycançılıq və dövlətçiliklə vəhdətdə götürürdü.

Hakim partiya təmsilçisi deyib ki, “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”,-deyən ümummilli liderin milli atributlarımıza dərin hörmət və sayğı hissi bu gün də mövcuddur və Ulu Öndərin bu siyasəti uğurla davam etdirilir:

"Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycançılıq ideyasını inkişaf etdirərək, “Bayraq meydanı” yaradılması haqqında Sərəncam vermişdir. Dövlətçiliyimizin azərbaycançılığın atributu olan üçrəngli milli bayrağımız indi Bayraq meydanında əzəmətlə dalğalanmaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur".

Anar Əliyev
Xəbəri paylaş