Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında hər cür tibbi təchizatla təmin olunmuş səhra xəstəxanası qurmağı planlaşdırıb.
Newscenter.az BƏƏ xəbər agentliyi WAM-a istinadən bildirir ki, Qəzza əhalisinə humanitar yardımın çatdırılması üçün prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişi ilə “İgid Süvari 3” əməliyyatı başlayıb.
Qəzza zolağında qurulması planlaşdırılan səhra xəstəxanası üçün lazım olan tibbi ləvazimat və digər avadanlıqları daşıyan 5 təyyarə Misirin Əl-Ariş hava limanına hərəkət edib. Bundan sonra avadanlıqlar Qəzza zolağına daşınacaq.
Sahə xəstəxanası 150 çarpayılıq olacaq və mərhələli şəkildə istifadəyə veriləcək.
Kompleks şəkildə tikintisi planlaşdırılan sahə xəstəxanasında ümumi cərrahiyyə, ortopediya, pediatriya və ginekologiya, anesteziya, reanimasiya, daxili xəstəliklər, stomatologiya, psixoloji klinika, kompüter tomoqrafiyası, laboratoriya və əczaçılıq kimi şöbələr fəaliyyət göstərəcək.
Sona