Tarixi zəfərimizdən 3 il keçir. Tam 3 il bundan əvvəl Azərbaycan Ordusu düşmənə qarşı əks-hücum əməliyyatını uğurla hıyata keçirərək Qarabağın incisi Şuşanı azad etməklə qarşısına qoyduğu vəzifəni layiqincə yerinı yetirdi. Ötən 3 il ərzində Azərbaycan işğaldan azad etdiyi ərazilərdə sürətli şəkildə quruculuq-abadlıq işləri apardı və dünyada anoloqu olmayan bir templə Qarabağa yeni nəfəs, həyat gətirdi. Elə Yeni Azərbaycan Partiyasının üzvü Rüstəm Nağıyev də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, hakim partiya rəsmisi deyib ki, işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri uğurla aparılır. Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması işi sürətlə davam edir:
"Kapitulyasiya aktının imzalanmasından üçil keçir və Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Artıq Xankəndində və Xocalıda, Əsgəranda və Xocavənddə, bir sözlə, bütün Qarabağda Azərbaycan bayrağı vüqarla dalğalanır".
Anar Əliyev