Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.
Newscenter.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Məhkəmə prosesində dövlət ittihamçısı - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov çıxış edib.
O qeyd edib ki, Vaqif Xaçatryanın cinayət işi o qədər də sadə bir məsələ deyil: "Bütün məhkəmə proseslərində Azərbaycan tərəfi kifayət qədər öz humanistliyini göstərib. Biz Vaqif Xaçatryanın saxlandığı andan etibarən istintaq prosesini diqqətlə izləmişik. Vaqif Xaçatryan Penitensiar Xidmətin əməkdaşlarının alicənab davranışı ilə üzləşib. İstintaq prosesində ona qarşı hər hansı təzyiq olmayıb. Bu, Azərbaycanın humanistliyidir. Ermənistanda vaxtilə həbs edilən soydaşlarımız kifayət qədər işgəncə və təzyiqlərlə üzləşiblər. Amma biz Vaqif Xaçatryana o münasibəti göstərmədik".
Dövlət ittihamçısı V.Xaçatryanın 15 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Daha sonra müdafiə çıxışı üçün söz V.Xaçatryanın vəkili Radmila Abılovaya verilib. O, çıxış üçün vaxt istəyib.
Hazırda prosesdə fasilə elan olunub.(report)