Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Xidmətində tibbi sarğı bezi istehsalçıları ilə maarifləndirici görüş keçirilib

Dövlət Xidmətində tibbi sarğı bezi istehsalçıları ilə maarifləndirici görüş keçirilib


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ölkədə fəaliyyət göstərən tibbi sarğı bezi istehsalçılarının rəhbərləri və iri topdansatış əczaçı müəssisələrin nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı apteklərdə satılan bəzi yerli gigiyenik tibbi sarğı bezlərinin ölçülərinin faktiki qablaşdırmada göstəriləndən az olması barədə daxil olmuş müraciətlər, habelə mediada yayılmış məlumatlar əsasında Dövlət Xidməti tərəfindən aparılmış araşdırmaların nəticələri barədə məlumat verilib. Görülmüş tədbirlər nəticəsində ölçüsündə uyğunsuzluqlar aşkarlanan tibbi sarğı bezlərinin istehsalçılar tərəfindən dövriyədən çıxarıldığı, xətaların aradan qaldırıldığı və qanunvericiliyin tələblərinə uyğun hazırlanmış yeni bezlərin nümunələrinin Dövlət Xidmətinə təqdim edildiyi vurğulanıb.

Newscenter.az xəbər verir ki, görüşdə həmçinin mövcud qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb. Qeyd olunub ki, istehlakçıların malların, işlərin, xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalı, istehsal markasında istehsalçı və ya icraçının adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilməli, hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın etiketinin olması, etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumatın verilməsinin zəruriliyi vurğulanıb. Qanunvericiliyin qeyd olunan tələblərinə riayət etməyən sahibkarların müvafiq qaydada məsuliyyət daşıdığı qeyd edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara satışda olan gigiyenik tibbi sarğı bezlərinin faktiki ölçüsünün qablaşdırmada göstəriləndən az olması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi

(https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət etməyi tövsiyə edir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş