Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Özbəkistana səfərə gedəcək.
Newscenter.az Türkiyə prezidentinin İnformasiya Müdirliyinə istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğan səfər zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək.
Özbəkistanın paytaxtı Daşkəndədə keçiriləcək sammitdə iqtisadi əlaqələrlə yanaşı, Yaxın Şərqdəki vəziyyət və Fələstinə humanitar yardımın ən qısa zamanda çatdırılması kimi məsələlər də müzakirə olunacaq.
2 gün davam edəcək sammit çərçivəsində Rəcəb Tayyib Ərdoğan bir sıra ölkələrin liderləri ilə görüşəcək, heyətlərarası görüşlər keçirəcək. Sammitdə regional məsələlər də müzakirə olunacaq. Nəqliyyat infrastrukturunun inkişafı və Müasir İpək Yolunun canlandırılması istiqamətində əməkdaşlıqlar qiymətləndiriləcək.
Anar Əliyev