Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefonla danışıb.
Newscenter.az Şimali Kpr prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, Tatar və Quterreş arasında keçirilən görüşdə Yiğitler-Pile Yolu Layihəsi, Kiprə xüsusi nümayəndə təyin edilməsi və Qəzzada son hadisələr müzakirə edilib.
Görüşdə Tatar, Yiğitler-Qovlu Yol Layihəsi marşrutunda Rumların qanun pozuntularını Quterreşə çatdırıb və pozuntuların bir an əvvəl aradan qaldırılmasını istəyib. Tatar, Quterreşə Yunan rəhbərliyinin Yiğitler-Pile yolunda işləri pozmağa çalışdığını söyləyib və ölkəsinin gərginlik istəmədiyini qeyd edib.
Tatar, telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyətə də toxunaraq, “Qəzzada insan faciəsinin ən qısa zamanda sona çatması üçün üzərimizə düşəni etməyə hazırıq, mülki şəxsləri hədəf alan zorakılığa son qoyulmalı və Fələstin xalqının təhlükəsizliyini təmin edəcək mexanizmlər işləməlidir",- deyə Tatar bildirib.
Anar TAGİYEV