İsrailin Qəzza zonasına hücumları nəticəsində bu günə qədər 48 jurnalist həlak olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Qəzza zolağındakı Fələstin hökuməti verib. Hökumət Media Ofisindən verilən məlumata görə, media nümayəndələri əsasən, mülki obyektlərin İsrail aviasiyası tərəfindən bombalanması zamanı həyatlarını itiriblər.
Qeyd edək ki, həlak olan jurnalistlər arasında dünyanın nüfuzlu xəbər kanallarının nümayəndələri də var.
Anar TAGİYEV