Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkə üzrə 408 Sosial Xidmət Mərkəzi fəaliyyət göstərir

Ölkə üzrə 408 Sosial Xidmət Mərkəzi fəaliyyət göstərir


Xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, evsiz vətəndaşların sığınacaq yeri olan Sosial Xidmətlər Mərkəzlərinin sayı artmaqdadır.

Newscenter.az Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşa istinadən bildirir ki, belə mərkəzlərin sayı artıq 408-ə çatıb.

"81 vilayəti əhatə edən Sosial Xidmətlər Mərkəzlərinin sayı 408-ə çatıb. İl sonuna qədər daha 2 belə mərkəz açmağı nəzərdə tutmuşuq".

Nazir "Qoruma ehtiyacı olan uşaqların baxım müəssisələrinə yerləşdirilməsi, sosial iqtisadi dəstək xidmətlərinin göstərilməsi, himayədarlıq kimi bir çox mövzuda uşaqları dəstəkləyirik. ailə xidmətləri və onları risklərdən qorumaq üçün təlim və məsləhət xidmətləri edirik",-deyə vurğulayıb.

Sona
Xəbəri paylaş