Rusiyanın neft və təbii qaz gəlirləri car ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz azalıb.
Newscenter.az Rusiyanın Maliyyə Nazirliyinə istinadən bildirir ki, nəticədə gəlirlər 7,2 trilyon rubla (təxminən 78 milyard dollar) düşüb.
Bu ilin yanvar-oktyabr dövründə ölkənin qeyri-neft və təbii qaz gəlirləri isə ötən illə müqayisədə 28,7 faiz artaraq 15,9 trilyon rubla çatıb.
Nazirlikdən o da bildirilib ki, Rusiya büdcəsində bu ilin 9 ayında 1,7 trilyon rubl kəsir yaranıb.
Natiq Orucov