Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şərqi Qara dəniz bölgəsindən ixracat artdı

Şərqi Qara dəniz bölgəsindən ixracat artdı


Türkiyənin Şərq Qaradəniz bölgəsinin 4 vilayətdən edilən ixrac cari ilin 10 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq təxminən 1,2 milyard dollara çatdı.

Newscenter.az Şərqi Qaradəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədri Saffet Kalyoncuya istinadən xəbər verir ki, 1 yanvar - 31 oktyabr tarixləri arasında Trabzon, Rizə, Artvin və Gümüşhanedən 1 milyard 162 milyon 258 min 626 dollarlıq ixracat olub. Ən çox mal və məhsul ixrac edilən 5 ölkə arasında Rusiya birinci yerdə qərarlaşıb. Sonrakı yerləri ardıcıllıqla İtaliya, Gürcüstan, Almaniya və Çin tutub.

Kalyoncu, bölgənin ixracatında 444 milyon 884 min 505 dollarla fındığın birinci, 183 milyon 127 min 254 dollarla su məhsulları və heyvandarlıq məhsullarının ikinci, 174 milyon 176 min 273 dollar ilə təzə meyvə-tərəvəz, minerallar və metalların üçüncü yerdə olduğuna diqqət çəkib.

Bu dövrdə Şərqi Qara dəniz bölgəsindən 136 ölkəyə mal ixrac edilib.

Anar TAGİYEV
Xəbəri paylaş