Şərqi Afrika ölkələri olan Keniya və Somalidə təbii fəlakət ciddi fəsadlar törədib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bir neçə gün davam edən leysan yağışlar sel daşqınlarına səbəb olub. Nəticədə 29 nəfər həyatını itirib.
Yağışlar yaşayış məntəqələrində ciddi problemlıər yaradıb, 113 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yağışlardan minlərlə mal-qara və əkinçilik sahəsi də ciddi ziyan görüb.
Daşqınlardan sonra Somalinin bəzi bölgələrində "fövqəladə vəziyyət" elan edilib.
Anar TAGİYEV