Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə kütləvi zəhərlənmə, 132 tələbə xəstəxanaya yerləşdirildi

Türkiyədə kütləvi zəhərlənmə, 132 tələbə xəstəxanaya yerləşdirildi


Türkiyədə tələbələr arasında daha bir kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Yalova vilayətində baş verib. Belə ki, Yalovadakı qız yataqxanasında qalan 132 tələbə ishal və ürəkbulanma şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Yalova Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilən tələbələrin qidadan zəhərləndiyi məlum olub.

Tələbələrin şam yeməyində yedikləri göbələk şorbası və küftələrdən nümunələr götürülərək analizə göndərildiyi və inzibati araşdırma başlanıldığı bildirilib. Əksəriyyəti ambulator müalicə aldıqdan sonra evə buraxılan tələbələrdən bəzilərinin müalicəsini davam etdirilir.

Anar TAGİYEV
Xəbəri paylaş