Ukraynanın Baş Qərargah rəisinin köməkçisi Valeri Zalujnının köməkçisi Gennadiy Çastyakova qarşı sui-qəsd həyata keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ad günü münasibətilə Çastyakova göndırilən hədiyyələrinin birinin içərisinə əl qumbarası yerləşdirilib. Əl qumbarasının partlaması nəticəsində Ukrayna Baş Qərargah rəisinin köməkçisi Gennadiy Çastyakov həlak olub, onun 13 yaşlı oğlu isə ağır yaralanıb.
Məlumata görə, hadisənin baş vermə səbəbi və şəraiti istintaq zamanı müəyyənləşəcək. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Anar TAGİYEV