Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Klinikada Doğum şöbəsi fəaliyyətə başladı

Yeni Klinikada Doğum şöbəsi fəaliyyətə başladı


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Doğum şöbəsi fəaliyyətə başlayıb.

Belə ki, şöbədə artıq 2 noyabr tarixində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk qeysəriyyə əməliyyatı həyata keçirilib.

Newscenter.az xəbər verir ki, otuz doqquzuncu həftəsində dünyaya gələn körpə və ana artıq evə yazılıb.

Qeyd edək ki, 3 doğum otağı, 2 əməliyyatxana və 55 çarpayıdan ibarət olan şöbə hamilə pasiyentlərin qəbuluna başlayıb.

Xatırladaq ki, 6 iyun 2022- ci il tarixindən icbari tibbi sığortanın tətbiq edildiyi Yeni Klinikaya hər bir Azərbaycan Respublikasının vətəndaşı müraciət edərək Xidmətlər Zərfi daxilində Mama-Ginekologiya şöbəsində göstərilən tibbi xidmətlərdən yararlana bilərlər.

Sona
Xəbəri paylaş