Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zərdabda 42 min hektar əkin sahəsinin suvarılması nasos stansiyalar vasitəsilə aparılır

Zərdabda 42 min hektar əkin sahəsinin suvarılması nasos stansiyalar vasitəsilə aparılır


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Zərdabda rayonun bir-neçə istiqamətində torpaq məcralı kanallar lildən təmizlənir. Bu işlər Zərdab Suvarma Sistemləri İdarəsinin texnikaları vasitəsilə həyata keçirilir. Bununla da suvarma suyunun maneəsiz axını təmin olunur. Bundan başqa idarə tərəfindən su itkisinin qarşısının alınması istiqamətində də hər il plana uyğun olaraq torpaq məcralı kanallar beton üzlüyə alınır. Bu proses rayon ərazisindən keçən Məlikmudlu kanalında aparılır. Hazırda kanalın beton üzlüyə alınması üçün məcrası hazırlanır.

Zərdab Suvarma Sistemləri İdarəsi balansında olan 42 min hektardan artıq əkin sahəsini mexaniki üsulla suvarır ki, bunun üçün 69 ədəd nasos stansiyasından və həmin nasos stansiyalarda yerləşən 110 aqreqatın gücündən istifadə edir. Rayonda əkin sahələrinin suvarılması əvvəlki illərdə olduğu kimi 2023-cü ildə də uğurla aparılıb. Növbəti suvarma mövsümündə də bu prosesi davam etdirmək üçün cari təmir işlərinə başlanılıb. Nasos aqreqatları, o cümlədən kanallar üzərində olan hidrotexniki qurğular saz vəziyyətə gətirilib.

Qeyd edək ki, cari ildə Zərdab rayonunda dənli bitkilər, pambıq və yonca əkilib. Bu əkinlərdən pambıq 3 dəfə, yonca sahələri 4.5 dəfə, taxıl sahələri isə 3 dəfə suvarılıb.

Nərgiz Əzizova
Xəbəri paylaş