"Bu gün Azərbaycan, bütün dünya azərbaycanlıları Zəfər Gününü qeyd edir. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu 2020-ci ildə tariximizin ən şanlı səhifələrini, Zəfər salnaməsini yazdılar".
Newscenter-az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə səsləndirib. Millət vəkili deyib ki, 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi:
"Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi".
Deputat qeyd edib ki, müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirə bildi:
"On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi.
ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin.
Eşq olsun Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusuna!!!
Yaşasın Azərbaycan!!! Bayramımız mübarək!"
Anar Əliyev