Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndində Zəfər Paradının keçirilməsi ilə rəsmi Bakı erməni xəyallarını birdəfəlik dəfn etmiş oldu

Xankəndində Zəfər Paradının keçirilməsi ilə rəsmi Bakı erməni xəyallarını birdəfəlik dəfn etmiş oldu


"Xankəndində Zəfər Paradının keçirilməsi ilə rəsmi Bakı erməni xəyallarını birdəfəlik dəfn etmiş oldu".

Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, hər kəs, düşmən də, dost da Xankəndinin Azərbaycan şəhəri olduğunu və bunun əbədi olaraq belə qalacağını anlamış oldu:

"Bununla da 15 oktyabrda Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda bayrağımızın ucaldılması ilə ermənistan cəmiyyətinə və bütövlükdə dünya birliyinə verilmiş mesaja daha bir mesaj əlavə olundu.
Artıq yalnız ermənilər deyil, Azərbaycana qarşı qərəzli və düşmən mövqe tutan beynəlxalq siyasi iradə mərkəzləri də anlamış oldular ki, Cənubi Qafqazda geriyə dönüş heç bir halda, olmayacaq.

Şübhı yoxdur ki, Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olaraq tarixə düşəcək. Uzun illər erməni separatizminin yuvasına çevrilmiş tarixi şəhərimiz olan Xankəndidə paradən keçirilməsi ilə Azərbaycan xalqının əyilməz ruhu, dövlətimizin gücü və qüdrəti bir daha bütün dünyaya nümayiş etdirildi".

Yusif Bağırzadə deyib ki, bir vaxtlar Xankəndinin mərkəzi meydanında hərbi texnikalarını nümayiş etdirərək, paradlar keçirərək məğlubedilməz ordu mifini yaradan erməni separatçıları indi həmin hərbi texnikanın Azərbaycanın Müzəffər Ordusu tərəfindən zərərsizləşdirilərək hərbi qənimət olaraq nümayiş etdirildiyinə şahidlik edirlər:

"Bu gün hər kəs qəbul edir ki, Vətən müharibəsində hərbi əməliyyatların dayandırılmadından üç il sonra bütün Qarabağda üçrəngli bayrağımızın dalğalandırılması, suverenliyimizin tam bərpa olunması dövlət başçısının uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Hərbi paradda çıxışı zamanı vənab Ali Baş Komandanın da vurğuladığı kimi, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Hələr 20 il əvvəl cənab İlham Əliyev ilk dəfə prezident seçildiyi vaxt andiçmə mərasimində “gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq” deyəndə çoxlarımız üçün bu bir yuxu olaraq görünürdü. Amma güclü siyasi iradə, xarici və daxili siyasətdə əldə edilən uğurlar, güclü iqtisadiyyatın formalaşması, ordu quruculuğu istiqamətində həyata keçirilən möhtəşəm tədbirlər, o cümlədən də əsgər və zabitlərimizin mərdliyi, qətiyyəti və əzmi bu yuxunu reallığa çevirdi".

Politoloq sonda "Hərbi Paradda cənab Prezidentin əsgər və zabitlərimizə xitabən dediyi “Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərib” fikirləri bir daha ordumuza olan inam və etiramın göstəricisi kimi qəbul oluna bilər. Bu gün ordumuzun gücü bütün dünya tərəfindən qəbul olunur. Düşmən təbii olaraq bu gücdən məyus olur, dostlarımız isə sevinir.

Prezidentin də dediyi kimi bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik. Bunu artıq hər kəsin qəbul etməsi lazımdır. Əgər rəsmi İrəvan bunu zamanında qəbul etsə və 44 günlük Vətən savaşından dərs çıxra bilsəydi o zaman antiterror tədbirinə də ehtiyac qalmayacaqdı. Bu gün də Ermənistan rəhbərliyi əgər yenə də revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, Xankəndində keçirilən parada nəzər yetirsinlər. Bilsinlər ki, Azərbaycan heç bir qüvvənin bizimlə təhdid dilində danışmasına imkan verməyəcək. Ermənistanın xarici havadarları nəhayət başa düşməlidirlr ki, Cənubi Qafqaza "erməni faktoru" üzərindən soxulmaq cəhdləri tamamilə mənasızdır və uğursuzluğa məhkumdur. Cənubi Qafqazın geopolitik iradə sahibi Azərbaycan dövlətidir",- deyə vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş