Bakıda üç nəfərin bank kartından 1482 manat oğurlanıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda üç nəfərin bank kartlarından hesablarındakı ümumilikdə 1482 manat pulu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Cabir Əsgərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Mehman Mehdiyev