Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üçtərəfli Bəyanat rəsmi İrəvanın işğalçı siyasətinə son qoydu

Üçtərəfli Bəyanat rəsmi İrəvanın işğalçı siyasətinə son qoydu


"Bu gün 2020-ci il noyabrın 10-da imzalanmış və Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini rəsmiləşdirən Üçtərəfli Bəyanatın imzalanmasının 3-cü ildönümüdür.
Vətən müharibəsində Qələbənin qazanılmasında bütün xalqımız yumruq kimi birləşərək həmrəylik göstərdi və bütün dünya Azərbaycan xalqının birliyinin şahidi oldu. 44 günlük Vətən müharibəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanat bölgədə uzun illər dəyişməz qalan status-kvonu tamamilə dəyişdi. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur edildi. Bundan sonra isə Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri qan tökülmədən Azərbaycana qaytarıldı. Bununla da döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılması ilə tamamlandı. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail oldu".

Newscenter-az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili vurğulayıb ki, 2023-cü il aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə isə Azərbaycanın ərazi bütövlüyü təmin olundu:

"Nəhayət, 2023-cü ilin sentyabr ayında keçirilmiş və 24 saatdan da az sürmüş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi.

Artıq münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması prosesi başlayıb və mərhələlərlə həyata keçirilir.
Onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsindəki qələbəmizin qazanılmasında Türkiyənin siyasi və mənəvi dəstəyi xüsusi əhəmiyyət kəsb edirdi. Türkiyənin açıq dəstəyi bir çox ölkələrin bu münaqişəyə müdaxilə cəhdlərinin qarşısını aldı. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması isə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Çünki bu Bəyannamədə göstərilən müddəalar keyfiyyətcə daha yüksək işbirliyinə təminat verir".

Jalə Əhmədova "2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi isə daha bir tarixi hadisə olacaqdır.
Bundan başqa, bu gün regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. Belə ki, ilk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsinin yaradılması bu sahədə mühüm addım olacaqdır",- deyə vurğulayıb.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş