"Fransa Gürcüstan vasitəsilə Ermənistana silah -sursatın daşınmasını həyata keçirir".
Newscenter-az-ın xəbərinə görə, bu fikirləri səsləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanın Poti limanına gəmilər vasitəsilə Fransa hərbi zirehli texnika və silahları daşınır:
"Oradan da quru yolla Ermənistana ötürülür. Gürcüstanın Azərbaycana qarşı belə bir siyasət ortaya qoyması yolverilməzdir".
Politoloq qeyd edib ki, İkinci Qarabağ müharibəsində Gürcüstan məhz Serbiyanın silahlarının Ermənistana ötürülməsində tranzit olmuşdu:
"Hazırda Gürcüstanın Ermənistana silah tranziti rolunu oynaması regionda sülhün əleyhinə atılmış addımdır. Azərbaycan Gürcüstana sərt reaksiya göstərməlidir. Gürcüstan rəhbərliyinin bu addımı yolverilməzdir və xəyanətdir. Gürcüstan iqtisadi cəhətdən ayaqda durmasında Azərbaycana borcludur. Ermənistanın silahlandırılmamasında Gürcüstan hakimiyyətinin rolu xəyanətdir", -deyə politoloq bildirib.