Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulu və qüvvəyə minməsi Azərbaycanda dövlət quruculuğu prosesinə yeni təkan verdi

Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulu və qüvvəyə minməsi Azərbaycanda dövlət quruculuğu prosesinə yeni təkan verdi


"Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi komissiyada hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də referendumda - ümumxalq səsverməsində qəbul edildi və noyabrın 27-də qüvvəyə mindi. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə Konstitusiyamızın milli dövlətçilik tarixindəki müstəsna əhəmiyyəti nəzərə alınaraq, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.
Yaxın tariximizə nəzər salarkən, deyə bilərik ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulu və qüvvəyə minməsi Azərbaycanda dövlət quruculuğu prosesinə yeni təkan verdi. Ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin qanunvericilik bazası təşəkkül tapdı və hakimiyyət bölgüsünün əsas prinsipləri müəyyənləşdirildi. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə ümdə vəzifə olaraq qoyuldu".

Newscenter-az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuşdu. Bu gün Azərbaycanda uğurla fəaliyyət göstərən Konstitusiya Məhkəməsinin məhkəmə sistemimizdə mühüm rolu və yeri var:

"Konstitusiyamızda təsbit olunmuş ən mütərəqqi cəhətlərdən biri isə bu sənədin 48 maddəsinin bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilməsidir. Əsas Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların bütün hüquq və azadlıqları geniş təsbit olunub" deyən millət vəkili "İnamla deyə bilərik ki, milli və ümumbəşəri dəyərlərə əsaslanan və bir çox mütərəqqi xüsusiyyətləri özündə birləşdirən Konstitusiyamız ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Qalib Azərbaycanın bundan sonrakı inkişafının da möhkəm təməli olaraq qalacaqdır",-deyə vurğulayıb.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş