Şimali Koreyaya qarşı 3 ölkənin müttəfiqliyi yaranıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu ölkələr ABŞ, Yaponiya və Cənubi Koreyadır.
Bu məqsədlə ABŞ-ın müdafiə naziri Lloyd Ostin, Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik və Yaponiyanın müdafiə naziri Kihara Minoru arasında baş tutan görüşldə Şimali Koreyaya qarşı raket xəbərdarlığı məlumatlarının eyni vaxtda paylaşılması mexanizmi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər bu mexanizmin gələn ay qüvvəyə minəcəyini açıqlayıblar. Üç ölkənin müdafiə nazirlərinin görüşündə regional məsələlər də müzakirə mövzusu olub.
Tərəflər Sakit okeanda təhlükəsizlik təhdidlərinə qarşı müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığı genişləndirmək öhdəliyi götürüblər.
Anar TAGİYEV