Almaniyanın xarici işlər naziri Annalena Berbok Qəzzada atəşkəsə əməl edilməsi ilə bağlı çağırışları dəstəkləməyib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Berbok Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri toplantısı öncəsi jurnalistlərə verdiyi açıqlamada belə deyib.
"Günahsız uşaqların və insanların nəinki dəhşətli əzab çəkdiyi, öldüyü əziyyətdə mən atəşkəs üçün emosional çağırışları tam başa düşürəm. Amma bu cür çağırışlar insanlara təhlükəsizliyə və əmin-amanlığa həqiqətən zəmanət verməyə kömək etmək üçün kifayət etmir. Atəşkəs tələbinin bu dəhşətli vəziyyətdə İsrailin təhlükəsizliyinə necə təminat verə biləcəyi kimi suallara cavab verməlidir”.
HƏMAS-ın əlində olan əsirlərin vəziyyətinə diqqət çəkən Berbok, "Bu girovların aqibəti necə olacaq və danışıqların insan həyatını xilas etmək ehtimalının az olduğu bir vəziyyətdə bunu həqiqətən kim müzakirə edəcək?",-deyə spyləyib.
Mehman Mehdiyev