Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aydın Kərimov Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb

Aydın Kərimov Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən Newscenter-az-a verilən məlumata əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Ankarada keçirilən “Şuşa mədəniyyət günləri” çərçivəsində Azxərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov 13 noyabr tarixində Türkiyənin Mədəniyyət və Turizm naziri Memet Nuri Ersoyla görüşüb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı Şuşada həyata keçirilməkdə olan yenidənqurma işləri, tarixi abidələrin bərpası, şəhərin turizm potensialının genişləndirilməsi və bu istiqamətdə aparılmaqda olan işlər haqqında məlumat verildi.

Memet Nuri Ersoy Turkiyə cümhuriyyətinin 100 illiyində Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının çox mühüm önəm daşıdığını, Şuşa şəhərinin hər kəsin ürəyində böyük yeri olduğunu bildirdi. Nazir Memet Nuri Ersoy turizm, otelçilik sahəsində daim Şuşa şəhərinə dəstək verməyə açıq olduğunu, qarşılıqlı layihələrin keçirilməsinin mühümlüyünü xüsusi vurğuladı.
Görüşün sonunda xatirə hədiyyələri təqdim edildi.

Newscenter-az
Xəbəri paylaş