"İran səfirinin Ermənistanda Azərbaycana qarşı ritorikası, həmçinin Zəngəzur dəhlizi və Bakı ilə Tehran arasında münasibətlərə xələl gətirəcək açıqlaması ilk növbədə İranla Azərbaycan arasında son dövrlər müşahidə edilən normallaşma prosesinə kölgə salır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, bunun arxasında isə SEPAH təşkilatı dayanır:
“SEPAH Azərbaycana qarşı diplomatik və siyasi müharibəni davam etdirir. Bu da onu deməyə əsas verir ki, Tehran rejimində Azərbaycana qarşı münasibətdə ikitirəlik var”.
Politoloq deyib ki, İran hökuməti Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atdığı halda, hərbi qanad isə daha sərt ritorikaya üstünlük verir6
“Ermənistandakı İran səfirinin məlum açıqlaması birbaşa beynəlxalq hüquqa ziddir. Hesab edirəm ki, Azərbaycan bununla bağlı İrana öz etirazını bildirməlidir. Çünki İrandakə müəyyən mərkəzlərin razılığı olmadan səfir belə bir açıqlama verə bilməzdi”
Anar Əliyev