Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qlobal problemlərin həllinə öz töhfəsini verir

Azərbaycan qlobal problemlərin həllinə öz töhfəsini verir


Azərbaycan günümüzdə dünyanın əksər beynəlxalq təşkilat və qurumları ilə normal əməkdaşlıq əlaqələri qurur, bu əlaqələri hər ötən gün yeni bir mərhələyə çatdırır. Hətta zaman keçdikcə ölkəmiz həmin beynəlxalq təşkilatlarda aparıcı mövqeyə malik olur, onlarda əsas təşəbbüskar qurum kimi seçilir. Bu sırada İqtisadi Əməkdaşlıq Təşkilatı da xüsusi qeyd edilməlidir. Bu günlərdə Özbəkistanda baş tutan təşkilatın növbəti sammitində Azərbaycan rəhbərliyinin iştirakı və bir neçə mühüm təşəbbüslərlə çıxış etməsi fonunda bunu aydın görmək mümkündür. Elə Yeni Azərbaycan Partiyasının üzvü Ələddin Məmmədov da bu qənaətdədir.

Newscenter.az-ın
xəbərinə görə, Ələddin Məmmədov deyib ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə də öz töhfəsini verir:

"Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyinin üzv ölkələrin yekdil qərarı ilə daha bir il uzadılması Azərbaycanın beynəlxalq proseslərdəki rolunun yüksək səviyyədə dəyərləndirilməsidir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə, o cümlədən Avropa Siyasi Birliyinin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), Şanxay Əməkdaşlıq Təşkilatının, Ərəb Dövlətləri Liqasının Zirvə toplantılarına və s. dəvət olunması, bir sıra təşkilatlarda uğurlu sədrliyi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, çevik xarici siyasət yürütməsinin, multilateralizmə, beynəlxalq əməkdaşlığa mühüm önəm verməsinin bariz göstəricisidir".

Anar Əliyev
Xəbəri paylaş