Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Ermənistan və Fransa bölgədə silahlanmaya son qoymalıdır"-XİN

"Ermənistan və Fransa bölgədə silahlanmaya son qoymalıdır"-XİN



"Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar".

Newscenter-az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı şərhində qeyd olunub.

Bildirilib ki, beynəlxalq ictimaiyyət öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməli, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyəti dayandırmalıdır.

Mehman Mehdiyev
Xəbəri paylaş