Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa bölgəni qarşdırmaqla məşğuldur

Fransa bölgəni qarşdırmaqla məşğuldur


"Fransa bölgəni qarşdırmaqla məşğuldur. Bu, Fransız dövlətinin dünyanını ayrı-ayrı bölgələrində yüz illər boyu sərgilədiyi xarici siyasətin fəlsəfəsinə uyğun bir hərəkətdir. Tarixə qısa bir ekskursiya fransız vəhşiliyinin iç üzünü aydın şəkildə ortaya qoyur. Vaxtılə dünyanın bir çox ölkələrini öz müstəmləkəsinə çevirən və həmin torpaqlarda olmazın vəhşiliklərini törədən Fransa kimi bir dövlətin dünyaya demokratiya dərsi verməsi sadəcə siyasi əxlaqsızlıqdır. Dünyada xalqların işğalla əzilməsi, alçaldılması sahəsində “böyük təcrübə” qazanmış və bu sahədə həyasızlığın kulminasiya nöqtəsinə ucalmış fransızlar bu gün mümkün saydıqları bütün ərazilərdə eyni xislətlə çaxnaşma yaratmaq axtarışındadırlar".

Newscenter-az xəbər verir ki, bu fikirləri Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov səsləndirib. O bildirib ki, müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə 2 milyondan artıq dinc sakini kütləvi şəkildə qətlə yetiriblər. İşğal etdiyi Əlcəzair ərazilərində 17 nüvə sınağı gerçəkləşdirən, 5 milyondan artıq mina basdıran Fransa, bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri və minaların xəritələrini Əlcəzair hökumətinə verməkdən imtina edir. Elə bunun nəticəsidir ki, Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında aparıcı yerlərdən birini tutur:

"1961-ci il oktyabr ayının 17-də Fransada yaşayan on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə dinc nümayişə çıxsa da, Fransa polisinin açdığı atəş, habelə etirazçıların Sena çayına atılması nəticəsində onlardan 1500 nəfər qətlə yetirilmişdi. Fransız vəhşiliyinin bu səhifəsi tarixə ‘Sena qətliamı” kimi daxil olub. Eyni qayda ilə 1961-ci ildə, Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunisli fransız hərbiçiləri tərəfindən qətlə yetirilmişdir".

Fikrət Yusifov bildirib ki, bu gün Fransanın paytaxtı Paris şəhərindəki İnsan Muzeyində müstəmləkə müharibələrində öldürülmüş 18 000 döyüşçünün kəllə sümükləri saxlanılır. Törətdikləri vəhşilikləri utanmadan belə bütün dünyaya nümayiş etdirirlər.
Tarixdə bütün bu cinayətləri törədən və ruhən ermənilərlə eyni xalq olan fransızlar artıq on illərdir ki, ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşilikləri dəstəkləyirlər:

"Dünyada koloniyaların mövcudluğu indiyə qədər davam etmiş olsaydı, heç şübhəsiz fransızlar tarix boyu törətdikləri vəhşilikləri eyni qaydada bu gün də davam etdirərdilər. Lakin dünya dəyişib, indi onlar bunu keçmişdə olduğu kimi açıq şəkildə deyil “daha sivil” yollarla etməyə çalışırlar.
Fransız vəhşiliyini xarakterizə edən bu kiçik tarixi faktlar onların digər xalqlara qarşı törətdikləri vəhşiliklərin cüzi bir hissəsidir. Dünya xalqlarının tarixində bu qədər böyük cinayətlər törətmiş Fransa indi də Cənubi Qafqazda yeni gərginlik ocağı yaratmağa can atır. Ermənistanı silahlandırmaq, ora ağır hərbi texnika və əsgər göndərmək nə deməkdir? Mən Fransanın Ermənistana dəstəyi mövzusundakı çıxışlarımda hökumətə bu dövlətin hakimiyyəti ilə daha sərt danışmaq üçün dəfələrlə səslənmişəm. Bunu bir daha da təkrar edirəm. Fransanın bu düşmənçiliyinin qarşılığı onun başa düşə biləcəyi dildə verilməlidir. Görünən budur ki, Makron və onun hökuməti başqa dil başa düşməyəcəkdir. Lazım gələrsə diplomatik əlaqələrin müvəqqəti dayandırılmasına belə gedilməlidir. Əks halda bu həyasızlığa son vermək çətin olacaq. Erməni ilə bacı olan və bizə qarşı ermənidən betər düşmənçilik sərgiləyənlərlə anlaya bildikləri dildə danışmağın vaxtı çatıb".

Anar Əliyev
Xəbəri paylaş