Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan böyük xəta etdi

Gürcüstan böyük xəta etdi


“Gürcüstan bir tərəfdən Azərbaycanla Ermənistan arasında 100 faiz tərəfsiz vasitəsçi imkanında olduğunu bildirir, dogər tərəfdən isə ərazisindən Ermənistana silah ötürülməsində rol oynayır. Bu isə Azərbaycan-Gürcüstan münasibətlərinə sözün həqiqi mənasında ciddi təsir edəcək ”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, Azərbaycan hökuməti bununla bağlı qarşl tərəfə xəbərdarlıq edə bilər. Politoloq hesab edir ki, Gürcüstanın belə bir addım atması anlaşılmazlıqdır:

“Çünki Gürcüstan iqtisadiyyatının əsas investorlarından biri məhz Azərbaycandır. Bu ölkə Azərbaycanla bir çox layihələrdə iştirak edir”.

Azərbaycanın bölgəyə sülhün gəlməsini istədiyini deyən Samri Hümbətov, deyib ki, bunun üçün ilk növbədə Ermənistan tərkisilah edilməlidir:

“Bunun qarşılığında isə Ermənistana Fransadan silah-sursatın gətirilməsi danışıqlar prosesinə təsir edəcək amillərdəndir. Ona görə də rəsmi Tbilisidən izahat tələb etməliyik”.

Politoloq hesab edir ki, Gürcüstan iqtisadiyyatının inkişafında Azərbaycanın böyük və müstəsna rolu olduğu halda, qarşı tərəfin atmış olduğu bu addım sözün həqiqi mənasında xəyanətdir:

“Hesab edirəm ki, Tbilisi bu hərəkəti etməməli idi. Bu addım Gürcüstana olan etimadı və etibarı da azaldır. Fransız silahlarını Ermənistana ötürülməsində vasitəsçi olmaqla Gürcüstan böyük xəta etdi”

Anar Əliyev
Xəbəri paylaş