"Fransanın Ermənistanı silahlandırması yeni bir proses deyil və bu gözlənilən bir proses idi. Əvvəl də qeyd etmişdik, NATO -nin ən böyük dövlətlərindən biri olan Fransa bu kimi hərəkətləri ilə regionda, xüsusilə də Ermənistan və Azərbaycan arasında gərginliyin davam etməsində daha çox maraqlı görünür və durmadan bu addımları atmaqda israr göstərir. Əslində Ermənistanın siyasi hakimiyyəti də silahlanma məsələsində maraqlıdır və təkcə Hindistanla bağlanan müqavilə milyardlarla ölçülür. Sözsüz ki, bütün bunlar Azərbaycana qarşı çirkin planların hazırlanmasına xidmət edir. Amma, Fransanın göndərdiyi silahlar dünya silah bazarında o qədər də samballı texnologiya hesab edilmir və bu texnologiya heç də ermənilərin fərəhlə anlatdıqları qədər fərasətə malik deyil".
Newscenter.az[s][/s] xəbər verir ki. bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Fransanın Gürcüstan vasitəsilə Ermənistana hərbi texnika ötürməsinə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, artıq Fransanın "Acmat" şirkətin istehsalı olan "Bastion" zirehli texnikası Gürcüstanın Poti şəhərinə yola salınıb və bu texnikanın Fransadan məhz Gürcüstan üzərindən Ermənistana göndərilməsi Azərbaycanda təəssüf hissi ilə qarşılandı:
"Cünki, Gürcüstan indiyə qədər Ermənistana göndərəcək silahların tranzit ölkə kimi istifadəyə olunmasına qarşı olub və bu istiqamətində hər zaman Azərbaycanın maraqlarına uyğun mövqe sərgiləyib. Gürcüstanın bu günkü addımı onu göstərdi ki, Gürcüstan mövqeyini dəyişməklə ola bilsin Ermənistan və Azərbaycana qarşı siyasətində dəyişiklik etmək niyyətindədir və yaxud da bu daha mötəbər yerdən verilən sifarişdir. Ona görə də Gürcüstan hökuməti həmin sifariş qarşısında aciz duruma düşüb. Bundan dolayı rəsmi Tiflis Fransa şirkətinin hərbi texnikasının Ermənistana ötürülməsinə tranzit ölkə qismində istifadə olunmasına icazə verib".
Anar Əliyev