"İranın Israillə müharibəyə qoşulmağını fikirləşmək üçün proseslərdən xəbərsiz olmaq lazımdır. İran molla rejimi Qərbin proyekti kimi heç vaxt İsraillə qarşıdurmaya getməz".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səslənirib. Politoloq fikirlərinə belə davam üdib:
"İranın İsraillə guya qarşıdurma şəraitində olduğu 1979-cu il molla rejimi hakimiyyəti dövründən bu günə kimi proseslərdə nə dəyişiklik baş verib. İran nə qədər özünü İsrailə düşmən göstərmək istəyibsə, təbii yalandan, İsrail bir o qədər torpaq ələ keçirib. Qəzza zolağında baş verənlərin əsas səbəbkarı İrandır".
Azər Qasımov deyib ki, İran HƏMAS-ı şirnikləndirib yəhudilərin üstünə göndərir, sonra olanlar sadə fələstinlilərə olur:
"Onlar məhv edilir, evlərindən qovulur, didərgin salınır. Hesab edirəm ki, bu hadisələr Qəzza xalqı üçün sonun başlanğıcıdır. Bəlkə də onları gələcək ölənlərdən İsrailin indiki hərbi əməliyyatları qurtaracaq. HƏMAS adlı terrorçu birləşmə məhv ediləcək və Qəzza xalqının canı bunlardan qurtaracaq. Sonra isə iki dövlət prinsipini işə salmaq olar".
Anar Əliyev